"Nənəm gəncəlidir, Azərbaycan yeməkləri yeyirik" - türkiyəli aktyor

"Nənəm gəncəlidir, Azərbaycan yeməkləri yeyirik" -  türkiyəli aktyor
13:46 31 Oktyabr 2016
913 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktyor ailəsinin Azərbaycanla əlaqələrindən söz açıb:

"Nənəm və babam azərbaycanlıdır. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır.

Əmimin oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Qohumlarım arasında adının Azər, Baycan, Araz olduğu insanlar var.

Azərbaycan yeməkləri ilə böyümüşəm. Anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün, bütün yeməkləri bişirməyi öyrənib. Qohumlarım Azərbaycan ləhcəsi ilə danışırlar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR