Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar "qaynar xətt" yaradılıb

Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar "qaynar xətt" yaradılıb

Zorakılığa məruz qalmış uşaqların sayı açıqlandı (06 Mart 2017 15:23)
Zorakılığa məruz qalmış uşaqların SAYI AÇIQLANDI (06 Mart 2017 13:05)
Daha çox qızlar...- Zorakılıq görən uşaqların sayı açıqlandı (06 Mart 2017 12:44)

Tarix: 31 Oktyabr 2016 13:52

Azərbaycanda televiziyaların rəqəmli yayıma keçməsi ilə əlaqədar yarana biləcək müraciətlərin qəbulu məqsədilə "qaynar xətt" yaradılıb.

Milli.Az bildirir ki, bu barədə report-a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib. 
Onun sözlərinə görə, Bakı şəhərindən və bölgələrdən əhali onları narahat edən problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan 14-11 nömrəli "qaynar xətt"ə telefon edə bilərlər.
Qeyd edək ki, cari il sentyabrın 27-də Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 2016-cı il noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Milli.Az


Teqlər:  Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi əlaqədar qaynar xətt yaradılıb



RƏYLƏR


Top xəbərlər