Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirvanda sahibkarlar üçün interaktiv treninq keçirib

Şirvanda sahibkarlar üçün interaktiv treninq keçirib

Date: 31 October 2016 13:52

Bakı. 31 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Şirvan şəhərində sahibkarlıq subyektləri üçün interaktiv treninq keçirib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, treninqdə iştirakçılara Azərbaycanda investisya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib. Bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bugünədək 64 sahibkarlıq subyektinə 67 investiya təşviqi sənədi, 42 sahibkarlıq subyektinə isə 115 təsdiqedici sənəd verilib. Bu layihələrin ümumi investisiya dəyəri 827,9 mln. manat təşkil edir. Sözügedən layihələr çərçivəsində 5 mindən çox iş yerinin açılması nəzərdə tutulur.


Tags:  Şirvanda sahibkarlar interaktiv treninq keçirib

RƏYLƏR


Top news