Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub

Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub

Date: 31 October 2016 13:52

Bakı. 31 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda keçiddən istifadə etməyən sürücü avtomobil qəzasına səbəb olub.
"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib.
10 GA 256 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, piyada qəfildən yola çıxıb. "Azsamand" markalı avtomobilin sürücüsü piyadanı vurmamaq üçün maşını səkiyə çırpıb.
Faktla bağlı araşdırma aparılır.


Tags:  Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub

RƏYLƏR


Top news