Neymar rəqib futbolçunu... - Tuneldə insident

Neymar rəqib futbolçunu... - Tuneldə insident
14:03 31 Oktyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın hücumçusu Neymar “Qranada”nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.

Publika.az xəbər verir ki, insident “Barselona” - “Qranada” görüşündən (1:0) sonra “Nou Kamp”ın tunelində baş verib. Qarşılaşmanın sonuna yaxın Neymar Rubenə qarşı kobud oynayıb.

Müdafiəçi onun bu kobudluğuna sərt reaksiya verib. Tərəflər arasında mübahisə yaşanıb və hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Ancaq qarşıdurma bununla yekunlaşmayıb. Oyundan sonra tuneldə baş verən mübahisə zamanı Neymarla Vezo bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Tərəflər əlbəyaxa da olublar. Ancaq hər iki komandanın futbolçularının müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR