Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azdrama”nın kollektivi Fuad Poladova görə jurnalisti məhkəməyə verdi - FOTO

“Azdrama”nın kollektivi Fuad Poladova görə jurnalisti məhkəməyə verdi - FOTO

Tarix: 31 Oktyabr 2016 14:05

Akademik Milli Dram Teatrının kollektivi jurnalist Rumiyyə Miraslanı məhkəməyə verib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, buna səbəb jurnalistin sözü gedən teatr kollektivinin şərəf və layəqətini təhqir etməsidir. 

Bu barədə teatrın aktyoru, əməkdar artist Əli Nur məlumat verib. O bildirib ki, türk dünyasının ana və baş teatrı olan Akademik Milli Dram Teatrının kollektivini "nakişilər" adlandıran, böyük sənət xadimlərinin şərəf və ləyaqətini təhqir edən jurnalist Yasamal Rayon Məhkəməsinə verilib.

Qeyd edək ki, jurnalist oktyabrın 27-də sosial şəbəkədə xalq artisti Fuad Poladovun gedişi ilə bağlı "Kişilərin sözü bir olur... Kişilər də bizim kisəmizdən gedir, meydan nakişilərə qalır..." - deyə bildirib.

Milli.Az



Teqlər:  Azdramanın kollektivi Fuad Poladova jurnalisti məhkəməyə verdi FOTO



RƏYLƏR


Top xəbərlər