Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bir ailənin 14-cü övladı doğulub

Azərbaycanda bir ailənin 14-cü övladı doğulub

Məşhur cütlüyün ilk övladı doğuldu (25 Mart 2017 17:05)
"Receb İvedik"in ikinci övladı dünyaya gəldi - FOTO (16 Mart 2017 13:52)

Tarix: 31 Oktyabr 2016 14:05

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb.
 
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar".
 
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
 
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Milli.Az


Teqlər:  Azərbaycanda ailənin 14-cü övladı doğulub



RƏYLƏR


Top xəbərlər