Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Eurovizion-2017" mahnı müabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

"Eurovizion-2017" mahnı müabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

Date: 31 October 2016 14:07

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə keçiriləcək "Eurovizion-2017" mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.
"Report" yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə qatılacaq 43 dövlət arasında Azərbaycan da var.
Krımın ihlaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya da yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək. Türkiyə bu il də "Eurovizion"da yarışmada iştirak etməyəcək.
Qeyd edək ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək.
Xatırladaq ki, İsveçin Stokholm şəhərində keçirilən "Eurovizon-2016"-nın qalibi "1944" mahısı ilə Ukrayna təmsilçisi Camala olmuşdu. 

Tags:  Eurovizion-2017 mahnı müabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

RƏYLƏR


Top news