“Demokratiya və azadlıq öldü” - “Gürcü arzu”su puça çıxır

“Demokratiya və azadlıq öldü” - “Gürcü arzu”su puça çıxır
14:08 31 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

“Mən əvvəldən seçkilərin qiymətini verdim. Bu, SUS (Dövlət Təhlükəsizlik Xidməti) briqadasının rəhbərliyi altında səslərin topdansatışı idi. 8 oktyabrda 41 sandıqda Vahid Milli Hərəkat Partiyasının səslərini oğurladılar. II turda isə oğurluq 20 sandıqda aparıldı”.

Bu barədə Publika.az-a açıqlamasında Vahid Milli Hərəkat Partiyasının üzvü, Gürcüstan parlamentinin keçmiş deputatı Ramin Bayramov Gürcüstanda parlament seçkilərinin II turunun nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, seçkidə bütün dövlət strukturları tam şəkildə işləyirdi: “Heç bir məmur kənarda qalmamışdı, çünki sərt ultimatum yuxarıdan verilmişdi. Müəllimlər, tərbiyəçilər, həkimlər, məmurlar, büdcə təşkilatlarının işçiləri, ticarət təşkilatlarının işçiləri və digərləri prosesdə iştirak edirdi. Yəni kimə açıq, yaxud qismən təzyiq göstərmək mümkün idisə, prosesə qoşmuşdular. Bütün qanuni və qanunsuz, mümkün və qeyri-mümkün metodlardan istifadə edildi”.

R.Bayramov azərbaycanlıların kompakt yaşadığı Marneulidə “Gürcü arzusu” partiyasının namizədinin qalib gəlməsinə də münasibət bildirib.

“Burada məsələ Əhməd İmanquliyevdə, yaxud hakim partiyanın namizədində deyil. Şəxsiyyətlər haqda mən pis heç nə deyə bilmərəm. Lakin hesab edirəm ki, hakim partiya seçicilərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi ərazidə Tamaz Naverianinin namizədliyini irəli sürməməli idi. Xüsusilə bütün qanunsuz metodlardan istifadə edərək, onun qələbəsini təmin etmək doğru addım deyildi. Axı siyasi hakimiyyətin özü Marneulini Gürcüstan azərbaycanlılarının siyasi mərkəzi hesab edir. Təzyiq və güc yolu ilə əldə olunan qələbə marneulililərin əksəriyyəti, həmçinin, onların demokratik dəyərlərə inamı üçün təhqirdir. Hesab edirəm ki, hakimiyyət bu yanaşması ilə sələflərinin qurduğu güclü dövlət əsaslarını dağıtdı. Regionda qeyri-sabit geosiyasi vəziyyət fonunda bunu etmək son dərəcədə hiddət doğurur”, - deyə o bildirib.

R.Bayramov əlavə edib ki, “Gürcü arzusu” bu seçki ilə Gürcüstanda demokratiya və insan azadlığını öldürdü: “Lakin vətənpərvərlik ruhu əksəriyyətdə məhv olmayıb və bu, yaxın vaxtlarda İvanişvili komandasını mütləq haqlayacaq. Mübarizə davam edir və Gürcüstan vətənpərvərlərin daha güclü, birləşmiş komandası ilə davam edəcək”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR