Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ev yıxanın evi olmaz"

"Ev yıxanın evi olmaz"

Date: 31 October 2016 14:12

Model Demet Şener həyat yoldaşı, basketbolçu İbrahim Kutluaydan boşanma ərəfəsində çətin günlər yaşayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə həftə əvvəl ərini xəyanətdə ittiham edərək boşanmaq üçün məhkəməyə müraciət edən Demet İnstaqram hesabında "Heç kimə boyun əymərəm" başlıqlı müsahibəsini paylaşıb.

İzləyicilərdən onlarla mesaj alan Demet sərt tənqidlərlə də üzləşib. Bir təqibçi "Ev yıxan qadınsan. Ev yıxanın evi olmaz. İllər öncə bunu nəzərə almamısan, yəqin" yazıb. O, bununla İbrahimin bir zamanlar müğənni Demet Akalınla sevgili olması, D.Şenerin isə onları ayırmasına işarə edib.

Model əsəbləşərək həmin adama cavab verib:

"Hansı ev? Evli idilər, bəlkə, mən bilmirəm? Ev, yuva, ailə deyəndə ər-arvad və uşaqlar nəzərdə tutulur. Sadəcə bir münasibətə ailə deyilməz".

Milli.Az


Tags:  yıxanın evi olmaz

RƏYLƏR


Top news