Bakı və Abşeronun seysmik təhlükəli zonaları bilinəcək - Xəritədə

Bakı və Abşeronun seysmik təhlükəli zonaları bilinəcək - Xəritədə
14:17 31 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı və Abşeron yarımadasının mikrorayonlaşdırılması layihəsi 2017-ci ilin aprelindən reallaşdırılacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmologiya Xidmət Mərkəzindən məlumat verilib.

Layihə Almaniya Geologiya Xidməti tərəfindən həyata keçiriləcək. Layihənin bir il üçün nəzərdə tutulduğu deyilir.

Məlumata görə, layihə çərçivəsində Abşeron yarımadasının seysmik mikrorayonlaşdırılmasının risk xəritəsi tərtib olunacaq.

Seysmik mikrorayonlaşdırmanın ilk olaraq Səbail rayonundan başlayacağı, daha sonra Bakının digər rayonlarının da seysmik qiymətləndirilməsinin keçiriləcəyi bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR