Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub

Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub
14:22 31 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Mosulun yerləşdiyi Naynava vilayətindən olan mənbənin "Al Sumaria" telekanalına verdiyi məlumata görə, yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər.
Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/mosulda-i-si-d-komandirlerinin-gizli-gorusu-zamani-guclu-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR