“Qəbələ” və “Qarabağ”ın Avroliqa oyunlarına hakimlər açıqlandı

“Qəbələ” və “Qarabağ”ın Avroliqa oyunlarına hakimlər açıqlandı
14:23 31 Oktyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 3-də Avropa Liqasında 4-cü turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycanı təmsil edən “Qəbələ” və “Qarabağ” da həmin gün növbəti oyununa çıxacaq.

“Qəbələ” Bakıda Fransanın “Sent-Etyen” klubunu qəbul edəcək. Fransadakı ilk oyunda Roman Qriqorçukun yetirmələri minimal hesabla məğlub olmuşdu.

“Qarabağ” isə Yunanıstanda PAOK-un qonağı olacaq. Ağdam təmsilçisi pley-off şansını yüksəltmək üçün səfərdə uduzmamalıdır. Bakıdakı oyunda Qurban Qurbanovun komandası yunanları 2:0 hesabı ilə məğlub etmişdi.

Artıq komandalarımızın oyunlarına hakim təyinatları da açıqlanıb. “Qəbələ” - “Sent-Etyen” matçı ispaniyalı hakimlərə tapşırılıb. Oyunu Karlos Del Serro Qrande idarə edəcək. Onun köməkçiləri Xuan Karlos Yuste Ximenez və Roberto Alonso Fernandez olacaq.

PAOK – “Qəbələ” qarşılaşmasını isə şotlandiyalı hakimlər briqadası idarə edəcək. Matçda Con Biton fit çalacaq. Ona Duqlas Potter və Alastair Mater kömək edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR