"İnter"in oyununu idarə edən ispan "Qəbələ" üçün gəlir

"İnter"in oyununu idarə edən ispan "Qəbələ" üçün gəlir
14:27 31 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının IV turunun C qrupunda "Qəbələ" və Fransanın "Sent-Etyen" klubları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA Bakıda baş tutacaq qarşılaşmanı ispan hakimlər briqadasına tapşırıb.


Oyunu Karlos Del Serro Qrande idarə edəcək. Onun köməkçiləri Xuan Karlos Yuste Ximenez və Roberto Alonso Fernandez olacaq. Görüşün əlavə köməkçi hakimləri kimi Xuan Martinez Munuera və İnaki Visandi Qarrido meydana çıxacaq. Dördüncü hakim funksiyasını Abraham Alvarez Kanton yerinə yetirəcək. 


Hakimlərin işinə türkiyəli Muharrem Zihni Aksoy qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropoulos olacaq.


Karlos Del Serro Qrande Azərbaycan futboluna tanış simadı. Belə ki, o, 2015/16 mövsümündə Avropa Liqasının "Laçi" (Albaniya) - "İnter" (Azərbaycan) matçını idarə edib. 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada Bakı klubunun üzvlərindən Mirsahib Abbasovu sarı vərəqə ilə cəzalandırıb.


Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Sent-Etyen" qarşılaşması noyabrın 3-də saat 22.00-da başlayacaq.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotin-oyununu-idar-edn-ispan-quotqblquot-ucun-glir-t53775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR