Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" - "Sent-Etyen" oyununun biletləri satışda

"Qəbələ" - "Sent-Etyen" oyununun biletləri satışda

Date: 31 October 2016 14:27

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb.

Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və  8-ci km stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki,  8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyunu noyabrın 3-ü saat 22:00-da başlayacaq.

Milli.Az


Tags:  Qəbələ Sent-Etyen oyununun biletləri satışda

RƏYLƏR


Top news