Cüdoçularımız Almaniya çempionu oldular

Cüdoçularımız Almaniya çempionu oldular
14:32 31 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçuları Nicat ŞıxəlizadəOrxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hər iki idmançımız Almaniyanın "Hamburq" klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub.

Klublararası birinciliyin finalında "Hamburq" Münhenin "Qrossadern" klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.

Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR