Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aziz Yıldırım barədə hökm çıxarılıb

Aziz Yıldırım barədə hökm çıxarılıb

Date: 31 October 2016 14:37


Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım bəraət alıb. Fanat.Az  xəbər verir ki, Yıldırım "gizli qalması lazım olan məlumatları ötürmək" ittihamı ilə məhkəməyə verilmişdi. Məhkəmə isə bəraətə qərar verib.


Qeyd edək ki, 2007-ci ilin 23 oktyabrında Aziz Yıldırımın firmasında müşaviri olan Cəlaləttin Erkalın iş yerində axtarış edilmiş və məxfi sənədlər tapılmışdı. Bu üzdən bu 2 nəfərdən başqa, Sərdar Özgür, Kemal Atilla Şensoy, Atilla Özdəmir, Sezcan Yalkın və Zafer Yoldaş barədə iş qaldırılmışdı. Lakin Ankaranın 12-ci Ağır Cinayətlər Məhkəməsi Erkal və Yoldaş istisna olmaqla, digərləri barədə günahsız olmalarına dair qərar çıxarıb.


Fanat.Az


Tags:  Aziz Yıldırım barədə hökm çıxarılıb


RƏYLƏR


Top news