Türkiyəyə turizm ZƏRBƏSİ

Türkiyəyə turizm ZƏRBƏSİ
14:38 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin turizmdən gəliri bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz azalaraq 8 milyard 277 milyon 9 min dollara düşüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Statistik Təşkilatı (TÜİK) məlumat yayıb. TÜİK bildirir ki, turizm gəlirinin (cib telefonu dövran və marina xidmət xərcləmələri xaric) 71,6 faizi xaricilərdən, 28,4 faizi isə xaricdə yaşayan türk vətəndaşlarından əldə olunub.

Xərcləmələrin 6 milyard 647 milyon 446 min dolları fərdi, 1 milyard 629 milyon 564 min dolları isə paket tur xərcləmələri təşkil edib. Ziyarətçilərin adambaşına ortalama xərcləri 686 dollar, xaricilərin ortalama xərcləri 622 dollar, xaricdə yaşayan türk vətəndaşlarının xərcləri isə 901 dollar olub.

Komitədən bildirilir ki, turizm xərcləri keçən ilin eyni dövrünə nisbətdə 15,8 faiz azalaraq 1 milyard 131 milyon 773 min dollar olub. Bunun 893 milyon 248 min dollarını fərdi, 238 milyon 526 min dollarını isə paket tur xərcləri meydana gətirib.

Xaricə gedən türk vətəndaşlarının sayı keçən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azalaraq, 2 milyon 234 min 774 adam olub. Onların da adambaşı ortalama xərcləri 506 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/174170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR