Bakının yollarında payız-qış mövsümü ilə əlaqədar təmir-bərpa və təmizlik işləri aparılır

Bakının yollarında payız-qış mövsümü ilə əlaqədar təmir-bərpa və təmizlik işləri aparılır
14:42 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakının küçə və prospektlərində 2016-2017-ci illər payız-qış mövsümü ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 
Məlumata görə, zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari təmir işləri aparılır.
Kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri də görülür. Bu işlər Yusif Səfərov, həmçinin Əliyar Əliyev küçələrinin Heydər Əliyev prospekti ilə kəsişən hissələrində aparılır. Bu ərazilərdə əlavə yağış-kanalizasiya xətləri çəkilir, yeni yağış barmaqlıqları qoyulur. Ümumilikdə son 1 il ərzində Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 6 km-ə yaxın yağış-kanalizasiya xətləri çəkilib.
Paralel olaraq sözügedən ərazilərdə və Ziya Bünyadov prospektində mövcud xətlərin isə təmizlənməsi işləri aparılır. 
Yağan yağıntılar və intensiv hərəkət nəticəsində küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə də start verilib.
Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış asfalt-beton örtüyü yenilənir. Bundan başqa, qəzalar zamanı dağılmış, həmçinin palçıq və toz basmış körpü və yol elementlərinin (körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. ) xüsusi təyinatlı işçi qrupu tərəfindən təmiri və yuyularaq təmizlənməsi işləri də aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakinin-yollarinda-payiz-qis-movsumu-ile-elaqedar-temir-berpa-ve-temizlik-isleri-aparilir-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR