Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda noyabr ayında 3 bayram, 9 qeyri-iş günü var

Azərbaycanda noyabr ayında 3 bayram, 9 qeyri-iş günü var

Date: 31 October 2016 14:42

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.
"Report" xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.
Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir. 

Tags:  Azərbaycanda noyabr ayında bayram qeyri-iş günü var

RƏYLƏR


Top news