Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Xəyanət toplantısı”nın ŞOK DETALLARI - 42 nəfər yeni səlib yürüşünü planlaşdırırdı

“Xəyanət toplantısı”nın ŞOK DETALLARI - 42 nəfər yeni səlib yürüşünü planlaşdırırdı

Date: 31 October 2016 14:43

Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurumdan olan millət vəkili Orhan Deligöz iyulun 15-də hərbi çevriliş gecəsi İstanbulda "Büyükada Splendid Palace" otelində keçirilən toplantıda iştirak edənlərin tam siyasını əldə edib.

Publika.az “Star” nəşrinə istinadən xəbər verir ki, “xəyanət toplantısı”nda 42 nəfər iştirak edib.

Onların arasında ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) 13 agenti var. AKP-li millət vəkili CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Barkey və CİA-nın keçmiş şeflərindən olan Qraham Fuller (CİA-nın “İstanbul masası”nın direktorları hesab olunur –red.) də daxil olmaqla 42 nəfər barəsində cinayət ittihamı ilə çıxış edib.

Məlumata görə, sözügedən 42 nəfər hərbi çevriliş gecəsi, onlardan bəziləri isə sonrakı iki gün “Büyükada Splendid Palas” oteldə qalıblar. Burada ABŞ vətəndaşları ilə yanaşı, İran, Rusiya, Ukrayna, Almaniya və Türkiyə vətəndaşları olub. Onlardan 21-i Türkiyə vətəndaşıdır.

“Toplantıya başcılıq edən şəxslər Henri Barkey və Qraham Fullerdir. Onlar “İrandakı nüvə silahı ilə əlaqədar toplantı keçirdik” deyirlər. İranın nüvə silahı ilə əlaqədar bir toplantı keçirilirsə, Türkiyə Xarici İşlər Nazirliyi və kəşfiyyat bundan mütləq məlumatlı olmalıdır. Kəşfiyyatımızın da, Xarici İşlər Nazirliyimizin də belə bir məlumatı yoxdur”.

Millət vəkilinin sözlərinə görə, çevriliş cəhdindən bir gün əvvəli otelə giriş başlanır, amma qeydiyyatda bir gün sonra göstərilib: “Çevriliş cəhdinin olduğu gün toplantı keçirilir. Əgər İranın nüvə silahından danışılırsa, Barkey niyə otel səlahiyyətlilərinə, “Tez canlı yayım üçün cihazları qurun. Mən CNN və ABŞ-ın digər kanalları ilə canlı bağlantı quracağam” deyərək təlimat verir? Lakin canlı bağlantını qura bilmirlər. O, mobil telefonundakı nömrəsini çıxararaq başqa bir nömrə ilə danışır. Otel işçiləri də buna şahiddir. Deməli, İranın nüvə silahı toplantının mövzusu olmayıb. Orada çevrilişdən danışdıqları dəqiqdir”.

Orhan Deligöz bildirir ki, Yunanıstana qaçırılan vertolyotda Füllerin olduğunu təxmin edirlər. Millət vəkili qeyd edir ki, Yunanıstan da bunu təkzib etməyib: “Toplantıya qatılan agentlərin bir qisminin də qaçdığını düşünürük. Yunanıstan həmin gecə sərhədlərinə yaxınlaşan bir vertolyotu havada parçalamalı, ərazisinə buraxmamalı idi. Amma əmr və təlimat elə bir yerdən gəlib ki, yunan dövləti səsini çıxara bilməyib”.

“Bu, bir səlib yürüşüdür. Qurtuluş və Çanaqqala döyüşündə də səlib yürüşləri var idi. Bu gün də eyni şeyi edirlər”, - AKP-li millət vəkili vurğulayıb.

Ömər Dağlı


Tags:  Xəyanət toplantısının ŞOK DETALLARI 42 nəfər yeni səlib yürüşünü planlaşdırırdı

RƏYLƏR


Top news