Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qızdan xəbər var

Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qızdan xəbər var

Gənc oğlanın ailəsi toya hazırlaşır - qız evini də barışığa dəvət edirlər (14 Fevral 2017 21:12)
İtkin düşən qızın qoşulub qaçdığı məlum oldu - TƏFƏRRÜAT - VİDEO (11 Fevral 2017 10:23)

Tarix: 31 Oktyabr 2016 14:47

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb. Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğluna qoşulub qaçdığı deyilən A.Nağıyeva özü polis şöbəsinə gəlib. Hazırda A.Nağıyevanın haraya və nə məqsədlə getdiyi araşdırılır.

A.Nağıyevanın qoşulub qaçdığı deyilən Ə.Məmmədov isə hələlik tapılmayıb və onun harada olduğu bilinmir.

Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı.

Milli.Az


Teqlər:  Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qızdan xəbər var



RƏYLƏR


Top xəbərlər