Səhiyyə Nazirliyi Lənkəran, Lerik və Astaradakı səhiyyə müəssisələrinə mediatur təşkil edib

Səhiyyə Nazirliyi Lənkəran, Lerik və Astaradakı səhiyyə müəssisələrinə mediatur təşkil edib
14:52 31 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 31 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində aparılan yenidənqurma işləri ilə ictimaiyyəti tanış etmək məqsədilə mediatur təşkil edir.
“Report”un məlumatına görə, növbəti mediaturun ünvanları Lənkəran Müalicə Diaqnostika Mərkəzi, Lerik və Astara Rayon Mərkəzi xəstəxanaları olub.
Jurnalistlərin ilk baş çəkdiyi səhiyyə ocağı Lənkəran Müalicə Diaqnostika Mərkəzi olub. Mərkəzin fəaliyyəti barədə məlumat verən baş həkimin müavini Ağəli Əliyevin sözlərinə görə, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz edilib: “Mərkəzdə əhaliyə dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət edir. Bu gün Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif səpkili əməliyyatlar da icra olunur. Bura açıq ürək əməliyyatları da daxildir. Mərkəz il ərzində 100 mindən çox xəstəyə xidmət edir. Mərkəzdə mövcud olan hemodializ şöbəsində hazırda 100 xəstə müalicə alır, 15 hemodializ aparatı var”.
A.Əliyev deyib ki, hər bir regionun spesifik sağlıq problemi olduğu kimi, Lənkəran bölgəsində də əsasən ürək, qan-damar, mədə-bağırsaq sistemi xəstəlikləri daha çox qeydə alınır: "Mərkəzdə 49 həkim, 93 orta tibb işçisi, 92 nəfər texniki işçi çalışır. Son illər ana-uşaq ölümü halları Lənkəranda da azalıb".
Tədbir zamanı Lənkəran Müalicə Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunan geniştərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb.
Media nümayəndələrinin baş çəkdiyi növbəti səhiyyə ocağı Lerik Rayon Mərkəzi Xəstəxanası olub. Baş həkim Mübariz Ağayev qeyd edib ki, tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüəksək səviyyədə tibbi xidmət göstərir: “90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerik RMX-da 57 həkim, 182 nəfər orta tibb işçisi çalışır. Ancaq hazırda xəstəxanada ümumilikdə 40-a yaxın həkimə ehtiyac var. Xəstəxanada əsasən gənc, yeni tibbi biliklərə malik cərrahlara, anestezioloq, reanimatoloqa ehtiyac var. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün icra hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir”.
Baş həkim bildirib ki, Lerikdə respublika səviyyəsində uşaq ölümü iki dəfə aşağıdır: “Son 5 ildə ana ölümü baş verməyib. İqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ən çox ürək-damar xəstəlikləri birinci yer tutur”.
Jurnalistlər daha sonra Astara Mərkəzi Rayon Xəstəxanasına baş çəkiblər. Baş həkim Əlövsət Əliyev deyib ki, xəstəxana yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıqlarla və zəruri ixtisaslı kadrlarla təmin olunub: “Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalar rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərdə yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini aparır. Xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Şöbələrə qəbul, cərrahiyə, ginekologiya, hemodializ, infeksion, təcili yardım, rentgenologiya və terapiya şöbələri daxildir. Ay ərzində xəstəxanaya 250-300 xəstə müraciət edir. Mərkəzi xəstəxanada 131 çarpayı mövcuddur. 15 çarpayılıq 4 kənd xəstəxanası var. Bundan başqa, rayonumuzda 11 tibb məntəqəsi var. Xəstəxanada müasir tələblərə cavab verən hemodializ şöbəsində 17 xroniki böyrək çatışmazlığı olan xəstələr həftə ərazində üç seans olmaqla hemodializ alır və bütün dərmanlar dövlət tərəfindən təchiz olunur”.
Baş hakim əlavə edib ki, xəstəxanada 136 həkim ştatı olsa da, hazırda 91 həkim çalışır: "Ümumilikdə 45 həkim çatmır. Əsasən onkoloq, nefroloq, uroloq ixtisasları üzrə həkimlərimiz yoxdur. Xəstəxanada kardioqramma aparatı, kardiotestrlər və exokardioqramma aparatları çatmır. Onların da alınması istiqamətində işlər aparılır. Cənub bölgəsində uşaq ölümlərinin sayı 2-3 dəfə aşağı səviyyədədir, ana ölümləri isə son illər aparılan uğurlu siyasət nəticəsində azalıb”.
Ə.Əliyev vurğulayıb ki, Astara İranla sərhəd bölgə olduğundan əvvəl sakinlərin çoxu İrana müalicəyə getmək üçün müraciət edirdilər, amma səhiyyədə olan inkişaf bu kimi halların qarşısını alır: “Astara bölgəsinin sakinləri üçün əsasən ürək, qan-damar, böyrək, revmatizma xəstəlikləri xarakterikdir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə xəstəxanamızda ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatı aparılıb və uğurla nəticələnib”. 





















OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünyada hər beşinci mobil telefon saxtadır

29 Mart 2017 17:35

"Sərnişindaşıma sistemində çətinliklər var" - Baş direktor

29 Mart 2017 17:34

Amil Xəlildən Nəsib bəy və Yusif bəy haqqında eksklüziv ARAŞDIRMA

29 Mart 2017 17:33

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

29 Mart 2017 17:32

Bakıda avtobusda 20 yaşlı qıza qarşı CİNAYƏT

29 Mart 2017 17:29

Rusiya ordusunun sayı 1,9 milyon nəfərə çatdırılıdı

29 Mart 2017 17:29

"Neftçi" - "Qarabağ" matçını kim idarə edəcək?

29 Mart 2017 17:27

"Barselona"da Arda Turan şoku

29 Mart 2017 17:27

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

29 Mart 2017 17:24

Rusiyanın Avropa Məhkəməsindəki nümayəndəsi vəzifəsindən azad edildi

29 Mart 2017 17:22

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin"

29 Mart 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 Mart 2017 17:14

Fransanın nüfuzlu qəzeti Ermənistanı ifşa etdi

29 Mart 2017 17:13

Manatın sabaha MƏZƏNNƏSİ

29 Mart 2017 17:12

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

29 Mart 2017 17:12

Manatın sabaha olan məzənnəsi açıqlandı

29 Mart 2017 17:11

Şəkili polisin rəisi ilə söhbəti izlənmə rekordu qırır - Cinayətkarı belə yaxaladı - VİDEO

29 Mart 2017 17:08

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

29 Mart 2017 17:08

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

29 Mart 2017 17:05

Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT

29 Mart 2017 17:05

DİQQƏT: bu müğənnilər virus daşıyıcılarıdır

29 Mart 2017 17:01

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

29 Mart 2017 16:58

Vahid taksi sistemi yaradıla bilər - TƏKLİF

29 Mart 2017 16:57

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

29 Mart 2017 16:57

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

29 Mart 2017 16:57

Livanın 82 yaşlı prezidenti yerə yapışdı - VİDEO

29 Mart 2017 16:53

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

29 Mart 2017 16:52

Bakı metrosunda bədbəxt hadisə

29 Mart 2017 16:51

Gec ana olmağın FAYDALARI

29 Mart 2017 16:48

Türkiyədə terror XƏBƏRDARLIĞI

29 Mart 2017 16:47

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

29 Mart 2017 16:47

Çoxmərtəbəli binada yanğın

29 Mart 2017 16:44

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:42

Kişi və qızlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

29 Mart 2017 16:38

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

29 Mart 2017 16:37

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

29 Mart 2017 16:35

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır - Sürücülər, diqqət!

29 Mart 2017 16:34

General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN

29 Mart 2017 16:33

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı - Sən demə, arvadının oynaşı... DƏHŞƏTLİ FAKT

29 Mart 2017 16:33

Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı - FOTO

29 Mart 2017 16:32

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

29 Mart 2017 16:32

Azərbaycanda vahid taksi sistemi yaradılacaq

29 Mart 2017 16:29

Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

29 Mart 2017 16:27

Ərəblər bahalı avtomobilləri bu günə salır, sonra da Azərbaycana göndərir – VİDEO

29 Mart 2017 16:23

Həkim məsləhəti: Toy gecəsi yaranan problemlər

29 Mart 2017 16:23

İnternat məktəbinin direktoru uşaqlara işgəncələr verirmiş - Azərbaycanda

29 Mart 2017 16:22

“Brexit” rəsmən başlandı

29 Mart 2017 16:18

"Aygün Kazımovaya 4500 manat borcum var"

29 Mart 2017 16:17

Seçkilərdə iştirak qaydalarını pozanların cəzası SƏRTLƏŞDİRİLİR

29 Mart 2017 16:12

Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI

29 Mart 2017 16:12