Evdən pul və geyim oğurlayan qardaşlar tutuldu

Evdən pul və geyim oğurlayan qardaşlar tutuldu
14:54 31 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda evdən oğurluq edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Bakı şəhər sakini Şakir Allahverdiyevə məxsus evdən 1000 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Müşfiq Əliyev, Ramil Dadaşov, Ceyhun Abbasov və qardaşı Cavid tutulub.

C.Abbasovdan 0,191 qram, qardaşı Caviddən 0,185 qram, R.Dadaşovun evinə baxış zamanı isə oradan 0,55 qram heroin aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR