Əfqanıstan hərbçiləri 19 nəfəri İŞİD əsirliyindən azad edib

Əfqanıstan hərbçiləri 19 nəfəri İŞİD əsirliyindən azad edib
14:57 31 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin hərbçiləri İŞİD terror qruplaşmasının silahlıları tərəfindən əsir götürülmüş 19 dinc sakini azad edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Əfqanıstan hərbçilərinin ərazilərin İŞİD terrorçularından təmizlənməsi məqsədilə keçirdiyi əməliyyat ölkənin şərqindəki Nəngərhar vilayətində aparılıb.
Məlumata görə, azad edilən 19 əsir arasında uşaqlar da var. Uşaqlar ailələrinə qaytarılıblar.
Bundan əlavə, əməliyyat çərçivəsində Açin rayonunda 11 İŞİD silahlısı zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistan-sq-19-neferi-i-si-d-esirlikden-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR