Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Romada məktəblər bağlanıb

Romada məktəblər bağlanıb

Date: 31 October 2016 15:07

Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.
"Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır", - deyə V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onların hərəkəti bərpa olunub. 

Tags:  Romada məktəblər bağlanıb

RƏYLƏR


Top news