Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Publika.az xəbər verir ki, seminarda 80-ə yaxın gənc iştirak edib.
"Velosiped sürməyin insan orqanizminə faydaları" mövzusuna həsr
olunmuş seminardan əvvəl iştirakçılar Respublika Velotrekində
idmançılar üçün yaradılan şərait və Velosiped Muzeyi ilə tanış
olublar. Tədbir zamanı iştirakçılara əyani vəsaitlər vasitəsilə
velosiped sürməyin insan sağlamlığına xeyirli tərəfləri barədə
məlumat verilib, gənclər arasında maarifləndirmə işlərinin
genişləndirilməsinin vacibliyi vurğulanıb.