Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyasına qatılıb

Azərbaycan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyasına qatılıb

Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb (17 Mart 2017 14:42)
Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib (15 Mart 2017 11:07)
Əbülfəs Qarayev Almaniyada səfərdədir (06 Mart 2017 18:47)

Tarix: 31 Oktyabr 2016 15:12

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Misirin Luksor şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyası işə başlayıb.
“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Heyətin tərkibinə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, informasiya və ictimaiyyətlə əlaqələr, turizm şöbələrinin əməkdaşları Türkan Rüstəmova, Cavid Abdullayev və Bakı Turizm İnformasiya mərkəzinin direktoru Zakir Əliyev daxildir.
Sessiyanın proqramına bu ildə turizm sahəsində meyllər və fəaliyyətlər, turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər üzrə görüləcək işlərin ümumi proqramı, büdcə ilə bağlı Komitənin hesabatı, Baş Katibin hesabatı, İcraiyyə Şurasının 104-cü Sessiyasının qərarlarına baxılması, o cümlədən gələn ildə Şuraya sədrlik məsələləri salınıb.
Tədbirdə Ümumdünya Turizm Təşkilatının Baş Katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri, səfirləri və yüksək vəzifəli şəxsləri iştirak edir.



Teqlər:  Azərbaycan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyasına qatılıb



RƏYLƏR


Top xəbərlər