Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda TÜKÜRPƏDİCİ OLAY: 4 uşaq anası olan arvadını körpüdən atmaq istədi

Bakıda TÜKÜRPƏDİCİ OLAY: 4 uşaq anası olan arvadını körpüdən atmaq istədi

Date: 31 October 2016 15:12

Bakının Hökməli qəsəbəsində kişi həyat yoldaşını polislərin gözü qarşısında körpüdən atmaq istəyib.

Milli.Az bildirir ki, bu barədə aznews.az-a Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, əri tərəfindən zorakılığa məruz qalan 4 uşaq anası ölümlə hədələnib: "Qadın iki aydır ki, sığınacaqdadır. O, mütəmadi olaraq əri tərəfindən söyülüb, döyülüb və təhqir olunub. Əri arvadını evdən bayıra buraxmayıb. Bir yerə gedəndə qapını arxadan bağlayıb, axşam gələndə isə onu özü açırmış. Ərinin hərəkətlərindən bezən qadın 3 qızını götürərək evindən qaçıb. Oğlu isə ərində qalıb".

M.Zeynalova bildirib ki, kişi arvadını taparaq məcburən evə aparmaq istəyib: "Qadın getmək istəməyib, polis çağırıb. Kişi isə arvadını polislərin gözü qarşısında Xırdalandakı Dəyirman körpüsündən atmaq istəyib. Polislər isə ona mane olublar. Kişinin həyatında başqa qadın var. Dəfələrlə qadının əri ilə danışmağa cəhd etsək də onu tapa bilməmişik".

M.Zeynalovanın sözlərinə görə, kişi iyun ayından 157-ci maddə ilə axtarışdadır: "Amma təəssüf ki, həmin kişi ilə bağlı heç bir tədbir görülməyib. Kişi bilmir ki, arvadı sığınacaqdadır, biz onu gizlədirik. Bilsə, bəlkə də buraya da hücum çəkər".

Milli.Az


Tags:  Bakıda TÜKÜRPƏDİCİ OLAY uşaq anası olan arvadını körpüdən atmaq istədi

RƏYLƏR


Top news