Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Eurovision-2017"də Azərbaycanla yanaşı, 43 ölkə iştirak edəcək

"Eurovision-2017"də Azərbaycanla yanaşı, 43 ölkə iştirak edəcək

Date: 31 October 2016 15:14

“Eurovision-2017” Mahnı Müsabiqəsinə iştirak edəcək ölkələrin sayı açıqlanıb.

 

APA-nın mahnı yarışmasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə ümumilikdə 43 ölkə qatılacaq. Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya əlavə olunub. 62-ci dəfə baş tutacaq müsabiqə Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzi 11 min tamaşaçı tutumuna malikdir. Biletlər haqqında məlumat yaxın aylarda açıqlanacaq.

 

Yarışmada Azərbaycan təmsilçisi də iştirak edəcək. Türkiyə isə ötən il olduğu kimi bu il də müsabiqəyə qatılmayacaq.

 

Qeyd edək ki, “Eurovision – 2016” mahnı yarışmasının qalibi ukraynalı Jamala olub. Müsabiqə növbəti ilin may ayında keçiriləcək. 


Tags:  Eurovision-2017də Azərbaycanla yanaşı 43 ölkə iştirak edəcək


RƏYLƏR


Top news