Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvadoçularımız Serbiyada 6 medal qazandılar

Taekvadoçularımız Serbiyada 6 medal qazandılar

Date: 31 October 2016 15:22

Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə təşkil edilən "Serbia Open" beynəlxalq turnirinə yekun vurulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan millisi 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Ayaz Qənbərli (45 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayazın finalda rəqibi isə komanda yoldaşı Bəhruq Quluzadə olub.

Digər gənc taekvondoçulardan Haşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq, yarışı gümüş medalla başa vurublar. Onlardan fərqli, Əli Məmmədov (59 kq) və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.

Qeyd edək ki, yığmamızı noyabrın 16-20-də dünya birinciliyi gözləyir. Yarış Kanadada keçiriləcək.

Milli.Az


Tags:  Taekvadoçularımız Serbiyada medal qazandılar


RƏYLƏR


Top news