Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
15:22 31 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ 2017-ci ilin fevral ayında Bakıda ikinci Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, tədbirin keçirilməsinə hazırlıq məqsədilə Böyük Britaniyanın Qiymətli Kağızlar və İnvestisiyalar Kral İnstitutu "Chartered"in sədri, Londonun keçmiş meri Alan Yarrou Londonda Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan - Böyük Britaniya hökumətlərarası komissiyasının ilk iclası bu ilin əvvəlində Londonda keçirilib.
Bundan əlavə, A.Yarrou Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə 2015-ci ilin iyun ayında Bakıya səfər edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-boyuk-britaniya-hokumetlerarasi-komissiyasinin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR