Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist cadugərlərlə bağlı ÇAĞIRIŞ ETDİ

Əməkdar artist cadugərlərlə bağlı ÇAĞIRIŞ ETDİ

Date: 31 October 2016 15:23

Əməkdar artist, tanınmış aktyor Elman Rəfiyev məşhur Hellouin bayramından şikayətlənib.

Publika.az xəbər verir ki, aktyor sosial şəbəkədə həyəcan təbili çalıb: “Ay millət bu Hellouin bayramını balaca uşaqlara elə sevdirməyə çalışırıq ki, sanki bizim dəyərli, əhəmiyyətli, mühüm bayramımızdır!!! Və heç kim fərqində deyil ki, biz uşaqları (böyüklərdən danışmıram artıq gecdir) zorakılığa, vəhşiliyə, zombiliyə sürükləyirik!!! Bayramdakı geyim və qrim hamıya məlumdur.

Oyanın, düşünün, ayılın!!!SOS!!!!SOS!!!
“REMO””

Qeyd edək ki, Hellouin hər il oktyabrın 31-də bir çox dünya ölkələrində qeyd edilən ölülər və ya cadugərlər bayramı bayramıdır.

Cəvahir



Tags:  Əməkdar artist cadugərlərlə bağlı ÇAĞIRIŞ ETDİ

RƏYLƏR


Top news