Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçiləri Dağıstanda 4 medal qazanıblar

Azərbaycan güləşçiləri Dağıstanda 4 medal qazanıblar

Date: 31 October 2016 15:32

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. 
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olublar.
Azərbaycanı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb.
Altmış beş kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerlə kifayətlənib. 

Tags:  Azərbaycan güləşçiləri Dağıstanda medal qazanıblar


RƏYLƏR


Top news