Putin Ermənistana desant çıxarır: İrəvanda “Azərbaycan ssenarisi”

Putin Ermənistana desant çıxarır: İrəvanda “Azərbaycan ssenarisi”
15:33 31 Oktyabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

“Rusiya Ermənistanda öz yanaşmasını dəyişir. Moskva bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil ola bilər”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Vadim Dubnov deyib.

Onun sözlərinə görə, Karen Karapetyanın baş nazir təyin olunması Rusiyanın istəyinin əyani sürətidir.

Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan Ermənistanda dövlət idarəçiliyini tənqid edib və hazırki modelin dəyişmək zamanı olduğunu vurğulayıb. O, həmçinin, siyasi elitanın yenilənməsi fikrini də irəli sürür. Erməni milyarderin bu çıxışından sonra Rusiyanın Ermənistan üçün də “Milyarderlər ittifaqı” ssenarisi tətbiq etməyə başladığı haqda fikirləri ortaya çıxartdı. Hansı ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyadakı azərbaycanlı milyarderlərin “Milyarderlər ittifaqı” adı altında birləşərək, siyasi həyata atılmaq cəhdlərinin olması unudulmayıb. Lakin onlar Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətlərinin səviyyəsini nəzərə ala bilməmişdi. Ekspertlər isə Azərbaycandan fərqli olaraq, Ermənistanda “Milyarderlər ittifaqı” layihəsinin birbaşa Putinin istəyi altında həyata keçirildiyini hesab edirlər. Məhz “Qazprom”un işçisi Karen Karapetyanın Ermənistana baş nazir təyin olunması bunu təsdiq edir.

V. Dubnov qeyd edib ki, Karen Karapetyan Ermənistanda Moskvanın adından çıxış edir və bununla Rusiya öz planlarını həyata keçirir.

“Əlbəttə, bu oyunlar həmişə var idi və Moskva həmişə Ermənistanın daxili proseslərində təmsil olunurdu. Lakin son siyasi proseslər göstərdi ki, Moskva bir qədər yayınıb. Rusiya Ermənistanda əsasən Qarabağ məsələsinə və xarici siyasətə nəzarəti əldə saxlamağa çalışırdı. Digər siyasi proseslər onu o qədər də maraqlandırmırdı. İndi isə Moskva daha çox maraq göstərir və kənar müşahidəçi olmaq istəyir. Yəni, Ermənistanın idarəçiliyində Moskva erməniləri təmsil olunurlar və nəzarət Rusiyanın əlində olur. Karen Karapetyan faktiki olaraq, Moskva ermənisidir. Moskva Ermənistanı son zamanlar öz orbitində saxlamağa daha çox enerji sərf edir. Hesab etmək olar ki, Rusiya Ermənistana “Moskva erməniləri”ndən ibarət desant çıxaracaq və öz təsirini gücləndirəcək. Bu prosesdə Moskvadakı erməni biznesmenlər də iştirak edəcək”, - deyə o vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR