Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nazir: "Təhsil sistemində və biznesdə tamamilə yeni kompetensiyalar tələb olunur"

Nazir: "Təhsil sistemində və biznesdə tamamilə yeni kompetensiyalar tələb olunur"

Date: 31 October 2016 15:47

"Azərbaycanda 1990-cı ildə 105,1 min tələbə heyəti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, bu il ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb".

Milli.Az report-a istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov II Azərbaycan Elm Festivalında deyib.

Nazir bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olanların sayı 1990-ci ilə nisbətdə 2 dəfədən çox artıb: "Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 11874 nəfəri fəlsəfə doktoru, 2495 nəfəri isə elmlər doktorudur".
M.Cabbarov qeyd edib ki, müasir dövrdə elm və təhsilin əhəmiyyəti və rolu yeni biliklərin qazanılması və təcrübədə istifadə edilməsi imkanları çərçivəsindən kənara çıxır: "Dünya iqtisadiyyatının inkişafı o qədər dinamikdir ki, təhsil sistemində və biznesdə tamamilə yeni kompetensiyalar tələb olunur. Elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması da dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə ölkədə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində iş aparılır".

Təhsil sisteminin daim elmi yeniliklərə və kəşflərə açıq olmasının vacibliyindən danışan nazir əalvə edib ki, bu, yüksək elmi biliyə malik kadrların yetişdirilməsinə və milli iqtisadiyyatın belə kadrlarla təmin olunmasına imkan verir: "Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə elmin gücündən istifadəni genişləndirməkdir. Bunun üçün nazirlik Azərbaycan Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsilin arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə səy göstərir". 

Milli.Az


Tags:  Nazir Təhsil sistemində biznesdə tamamilə yeni kompetensiyalar tələb olunur

RƏYLƏR


Top news