Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hollivud gözəlləri dəbdəbəli ziyafət libasları ilə göz oxşadı - FOTOLAR

Hollivud gözəlləri dəbdəbəli ziyafət libasları ilə göz oxşadı - FOTOLAR

Date: 31 October 2016 15:48

Həftəsonu Las-Ancelesdə LACMA muzeyində “Gucci” italyan moda evinin dəstəyi və kino incəsənətinin ənənəvi payız gecəsi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin əsas səbəbkarları rəssam Robert İrvin və rejissor Ketrin Biqelou olub. Qəhrəmanlar dünya mədəniyyətinə verdiyi töhfələrə görə xüsusi mükafatla layiq görülüb.

Laureatları təbrik etmək üçün moda dünyasının, eləcə də incəsənət və kino sənətinin görkəmli xadimləri toplaşıb. Tədbirdə “Gucci” moda evinin kreativ direktou Alessandro Mikele də iştirak edib və gələn bütün qonaqları hərarətlə qarşılayıb.

Hollivudun bir-birindən cazibədar aktrisaları gecə üçün ziyafət libaslarını “Gucci” moda evinin son kolleksiyalarından seçib. Yeri gəlmişkən tədbirə Qvinet Peltrou, Demi Mur, Bri Larson, Salma Hayek, Melani Qrifitt, Alessandra Ambrozio, Pyotr Kollinz və digər ulduz qonaqlar qatılıb.

Aytən



























Tags:  Hollivud gözəlləri dəbdəbəli ziyafət libasları göz oxşadı FOTOLAR

RƏYLƏR


Top news