Bakıda evə basqın edən maskalı şəxslər ev sahibinin və ailə üzvlərinin əl-ayağını yapşqanlı lentlə bağlayıblar

Bakıda evə basqın edən maskalı şəxslər ev sahibinin və ailə üzvlərinin əl-ayağını yapşqanlı lentlə bağlayıblar
15:57 31 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.
"Report"un xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib. 
Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəəlüdlü Bəxtiyar Salmanovun, atası 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar. Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar. 
Basqına məruz qalan şəxslər xəstəxanya yerləşdiriliblər. 
Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-eve-basqin-eden-maskali-sexsler-ev-sahibinin-ve-aile-uzvlerinin-el-ayagini-yapsqanli-lentle-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR