Bakıda evə basqın: maskalılar ev sahibinin əl-qolunu bağladı

Bakıda evə basqın: maskalılar ev sahibinin əl-qolunu bağladı
16:03 31 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.

"Report"un xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib.

Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəəlüdlü Bəxtiyar Salmanovun, atası 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar. Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar.

Basqına məruz qalan şəxslər xəstəxanya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR