"Qarabağ" və "Qəbələ"nin oyunlarının hakimləri bəlli oldu

"Qarabağ" və "Qəbələ"nin oyunlarının hakimləri bəlli oldu
16:05 31 Oktyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki oyunlarının hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Salonikidə keçiriləcək PAOK - "Qarabağ" oyunu şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Con Beaton olacaq. Ona həmyerliləri Duqlas Potter və Alastar Mazer kömək edəcəklər. 
Bakıda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyununu isə ispaniyalı hakimlər idarə edəcəklər. 

Matçın baş hakimi Karlos Del Kerro Qrande olacaq. Ona Xuan Karlos Ximenes və Roberto Fernandez köməklik edəcəklər.

Qeyd edək ki, oyunlar noyabrın 3-də keçiriləcək. "Qəbələ" - "Sent-Etyen" oyunu saat 22:00-da, PAOK - "Qarabağ" oyunu isə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR