"Qəbələ" - "Sent-Etyen" matçının biletləri satışda

"Qəbələ" - "Sent-Etyen" matçının biletləri satışda
16:07 31 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb. 


Fanat.Az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. 


Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. 


Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" - "Sent-Etyen" matçı saat 22:00-da başlayacaq.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotsent-etyenquot-matcnn-biletlri-satda-t53781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR