Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayıb

İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayıb

Date: 31 October 2016 16:22

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilənlər Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu ilin fevral ayında yaydığı məlumata görə, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudov 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Tags:  İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayıb

RƏYLƏR


Top news