"Deyir ki, oğlunu yenidən evləndirəcək..."

"Deyir ki, oğlunu yenidən evləndirəcək..."
16:27 31 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar ölkəmizdə ailə-məişət münaqişəsi zəminində baş verən qətllərin sayı çoxalıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, elə ötən gün Qəbələ rayonun Kürd kəndində baş verən dəhşətli qətl ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Belə ki, 1991-ci il təvəllüdlü 3 uşaq anası Səbinə Verdiyeva xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Mərhumun ailəsi isə qızının qətlində təkcə həyat yoldaşının deyil, eyni zamanda qaynanası və qayınatasının da iştirak etdiyini iddia edir. Mərhumun atası Məzahir Cabbarov qızının ailəsində baş verən davalarla bağlı polisə müraciət etdiklərini desələr də, onlar tərəfindən heç bir tədbir görülmədiyini də vurğulayıb.

Bu gün isə sosial şəbəkədə problemə etiraz olaraq #QadınqətllərinəSon həştəqi yaradılıb. Facebook iştirakçıları bu həştəq adı altında müxtəlif vaxtlarda ailə münaqişələri zəminində qətlə yetirilən qadınlar haqda informasiyalar paylaşıblar. Maraqlıdır ki, müzakirələrə kişilər də qoşulub, onlar da qətllərə son qoyulması üçün çağırışlar ediblər.

Bəs, ailədə baş verən bu cür münaqişələrin qarşısı vaxtında necə alınmalıdır? Valideynlərin bu prosesdə iştirakı necə təmin olunmalıdır?

Sözügedən sayt bu kimi suallarla psixoloq Elnur Rüstəmova müraciət edib. 

O qeyd edib ki, bu gün valideynlər tərəfindən müdaxilə hallarının sayı çoxalıb:

"Bunun səbəbi də ailələrdə uşaq sayının az olmasındadır. Belə olan halda valideyn-övlad arasında simbioz münasibət çoxalır. Bir tərəfdən valideyn himayəsi yoxdursa, digər tərəfdən himayə mütləq olur. Bu gün valideynlər aşırı dərəcədə ailə məsələlərinə müdaxilə edir. Hazırda ailə quran cütlüklərin əksəriyyəti 1980-ci illərin axırında, 90-ci illərin əvvəllərində doğulanlardır. O dönəmdə artıq ailədə uşaq sayının az olması, keçid dövrü və mühitə uyğunlaşma kimi yeni period başladı. Həmin illərdə böyüyən uşaqların özlərinin də psixologiyasında müəyyən qədər həyata, ailə dəyərlərinə fərqli bir istiqamətdən yanaşma baş verdi. Bundan qabaqkı dövrdə evlənən ailələrə baxsaq, görərik ki, ailə daxilində davalar da, şiddət də olub, ancaq ailə dağılmayıb. Əksinə, illərin sınağından çıxaraq ailə olaraq formalaşıb. Bu gün isə ailələr xırda bir konflikt olan kimi deyirlər ki, qızımdan bezməmişəm, gətirib yanımda saxlayaram. Oğlumdan bezməmişəm, ona gələnmi yoxdur, yenidən evləndirərəm. Ailəyə fərdi istiqamətdən, özünə sərf edən tərzdən yanaşma var. Ailəyə dəyər kimi yox, subyektiv yanaşma kimi baxırlar. Ancaq dünənə qədər isə ailə dəyər idi. O dəyərlər bu gün itib".

Psixoloqun sözlərinə görə, ailə-məişət münaqişələrin son illər daha çox qabarması problemi həll etmir, onu daha da dərinləşdirir:

"Çünki həll prosesinə daha çox gender bərabərliyindən deyil, feministik istiqamətdən yanaşılır. Bu da əks tərəfdə qıcıq oyadır. Bir var ki, münaqişə var, onun həlli yolları axtarılır, biri də var ki, problemi kişilərin qadınlara zorakılığı istiqamətində qoyurlar. Məsələni bu cür qoymazlar. Bu gün statistikaya baxsaq, görərik ki, işləyən qadınlarla kişilər, demək olar ki, bərabərlik təşkil edir. Ailə məsələsi sosial şəbəkədə status mövzusu deyil. Kim ağzına nə gəldi onu müzakirəyə çıxarır. Bu çox həssas məsələdir. Qaş düzəldən yerdə vurub gözü çıxardırıq. Qəbələdəki hadisə də yaxşı deyil. Əgər bu geniş bir şəkildə sadəcə işıqlandırılarsa, qətl hadisələrinin sayı azalmayacaq. Sabah başqa rayonlarda da baş verəcək. Yox, əgər niyə baş verdiyi, nələr etmək lazım olduğu deyilərsə, onda məsələ düzələcək.

Birincisi, maariflənmə işini aparmaq lazımdır. Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin rayonlarda şöbələri var. Ailələrlə treninqlər, seminarlar keçirmə, broşuralar buraxmaq lazımdır. Bunun üzərindən verilişlər, sosial çarxlar hazırlanmalıdır. Ailə quran ərəfələrdə natamam ailədə hansı problemlər olur, tam ailədə hansı problemlər olur, adaptasiya prosesində nələr baş verir, evdə xəstə uşaq olarsa, bu, ailənin psixologiyasına necə təsir göstərir, qaynana və oğul arasında simbioz bağlılıq olarsa, bu situasiyada necə davranmaq lazımdır, ata ilə övlad arasında bağlılıq olarsa, necə davranmaq lazımdır, ailədə konflikt varsa, haraya müraciət olunmalıdır. Bütün bunlar bənd-bənd verilməlidir. Məcbur etmək lazımdır ki, ailələr bu məqamlarla tanış olsunlar. Boşanma ilə bağlı məhkəməyə müraciət edirlər. Həmin şəxslərə psixoloji dəstək verilməlidir. Əgər doğrudan da yola getmirlərsə, psixoloqlar, Ədliyyə Nazirliyindən müvafiq şəxslər öz fikirlərini bildirməlidirlər. Bu problemlərlə bağlı kadrlar hazırlamaq lazımdır. Bunlar olduğu təqdirdə, zorakılıqların da, qətllərin də, boşanmaların da sayı azalacaq. Boşanandan sonra da sivil formada ayrılacaqlar. Dünyanın inkişaf etmiş ölkələri bu mərhələni keçiblər. Sadəcə, onlar bu mərhələni az itki ilə keçiblər. Nə vaxt ki, belə məsələlər mətbuatda daha çox işıqlandırılır, bir həftə ərzində bu cür hadisələr hər gün baş verir. Bu tip xəbərlərə son qoyulsa, o zaman belə qətllərin sayı da azalar".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Biz İŞİD ilə mübarizə aparan qlobal koalisiyaya dəstəyimizi genişləndirməyi qərara aldıq"

26 May 2017 07:52

5000 şəkilin içindən seçilən ƏN YAXŞILAR - FOTOLAR

26 May 2017 07:48

Yəməndə baş vermiş döyüşlər zamanı 38 nəfər həlak olub

26 May 2017 07:47

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi

26 May 2017 07:42

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 07:37

Filippində 5,4 bal gücündə zəlzələ olub

26 May 2017 07:36

Cocuq Mərcanlıda 1063 qəlpə tapılıb - FOTO

26 May 2017 07:32

Onlar həm Oyunların qəlbi, həm də bəzəyi oldular - KÖNÜLLÜLƏR - FOTO

26 May 2017 07:22

Məryəmin gözləmədiyi oldu: onunla üz-üzə gəldi - FOTO

26 May 2017 07:17

"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"

26 May 2017 07:12

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

26 May 2017 07:05

Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb

26 May 2017 06:57

Məşhur analar və onların övladları - VİDEO - FOTO

26 May 2017 06:32

Koalisiya Suriyanın qərbinə hava zərbələri endirib: 35 dinc sakin həlak olub

26 May 2017 06:15

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05