Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Livanda 29 aydan sonra yeni prezident seçilib

Livanda 29 aydan sonra yeni prezident seçilib

Date: 31 October 2016 16:27

Bakı. 31 oktyabr. REPORT.AZ/ Mişel Aun Livanın yeni prezidenti seçilib.
"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, Livan parlamentinin oktyabrın 31-də keçirilən iclasında 81 yaşlı siyasətçi, general ölkəni yeni prezidenti olub.
Məlumata görə, 128 deputatdan 83-ü onun lehinə səs verib.
Qeyd edək ki, Mişel Naim Aun 1935-ci ildə Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Xaret-Xrayk rayonunda doğulub. Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır. Onu qərbyönümlü "14 mart koalisiyası"sının lideri, qətlə yetirilən baş nazir Rafik Həririnin oğlu Saad əl-Həriri də dəstəkləyir. Qatı dindar ailədə anadan olan katolik-maronitdir. Mişel Naim Aun bu günlərdə maronitlərin baş keşişi Bşarla da görüşərək onların dəstəyini alıb.
Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Həmin tarixdə Mişel Süleymanın prezident səlahiyyəti başa çatıb. İndiydək yeni prezidentin seçilməsi üçün 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.

Tags:  Livanda 29 aydan sonra yeni prezident seçilib

RƏYLƏR


Top news