Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neymar tuneldə dalaşdı

Neymar tuneldə dalaşdı

Date: 31 October 2016 16:32

"Barselona"nın hücumçusu Neymar "Qranada"nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.

Milli.Az publika.az-a istinadən bildirir ki, insident "Barselona" - "Qranada" görüşündən (1:0) sonra "Nou Kamp"ın tunelində baş verib. Qarşılaşmanın sonuna yaxın Neymar Rubenə qarşı kobud oynayıb.
Müdafiəçi onun bu kobudluğuna sərt reaksiya verib. Tərəflər arasında mübahisə yaşanıb və hakim hər iki futbolçuya sarı vərəqə göstərib.
Ancaq qarşıdurma bununla yekunlaşmayıb. Oyundan sonra tuneldə baş verən mübahisə zamanı Neymarla Vezo bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Tərəflər əlbəyaxa da olublar. Ancaq hər iki komandanın futbolçularının müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.

Milli.Az


Tags:  Neymar tuneldə dalaşdı

RƏYLƏR


Top news