Taekvondoçularımız Serbiyada 6 medal qazandı

Taekvondoçularımız Serbiyada 6 medal qazandı
16:33 31 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə təşkil edilən "Serbia Open" beynəlxalq turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan millisi 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Ayaz Qənbərli (45 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayazın finalda rəqibi isə komanda yoldaşı Bəhruz Quluzadə olub.

Digər gənc taekvondoçulardan Haşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq, yarışı gümüş medalla başa vurublar. Onlardan fərqli, Əli Məmmədov (59 kq) və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.

Qeyd edək ki, yığmamızı noyabrın 16-20-də dünya birinciliyi gözləyir. Yarış Kanadada keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR