Kürdəmirdə xəstəxana yandı, 22 nəfər təxliyə olundu

Kürdəmirdə xəstəxana yandı, 22 nəfər təxliyə olundu
16:33 31 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 uşaq, 13 böyük) tüstülənmiş ərazidən - poliklinikanın 1-ci mərtəbəsindən təxliyə olunub.

Poliklinika binası yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR