Facebook”un yenilənmiş tətbiqi “iPhone”nun işini dondurur

Facebook”un yenilənmiş tətbiqi “iPhone”nun işini dondurur
16:35 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

20 oktyabr 2016-cı il tarixindən etibarən əlçatan olan “Facebook”un yenilənmiş tətbiqini yüklədikdə “iPhone” öz işini dayandırır. Smartfon yenidən yüklənir və “Apple” loqotipinin göstərilməsi zamanı donur. Bu problem “iPhone SE” və “iPhone 6S” qurğularında müşahidə olunub. Sözügedən problem haqda “Business Insider” resursu məlumat yayıb.

“Business Insider” resursunun ekspertləri tərəfindən beş “Apple Store” mağazasında keçirilmiş araşdırmaya əsasən məlum olub ki, smartfonun öz işini dayandırmasının səbəbi “Facebook”un yenilənmiş tətbiqinin yüklənməsidir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Facebook”un yenilənmiş tətbiqinin yüklənməsi zamanı öz işini dayandırmış smartfonun işini bərpa etmək üçün onu “iTunes” media pleyeri qurulmuş fərdi kompüterə qoşmaq və yenidən yükləmək lazımdır.

Bu, potensial olaraq istifadəçi fayllarının itməsi ilə də nəticələnə bilər. “Apple” və “Facebook” şirkətləri heç bir izah vermədiyindən zərərçəkmiş istifadəçilər özləri problemi həll ediblər.

Bəzi “iPhone” smartfonlarında “iOS 10.1” yenilənməsinin quraşdırılmasından sonra problem yaranır: qurğular daha pis işləməyə başlayır. “iOS 10” sisteminin əvvəlki versiyasına geri qayıtmaqla problemi həll etmək mümkündür. Bunun üçün “iTunes” vasitəsilə “10.0.2” versiyasını yükləmək və qurmaq lazımdır. Həm də öncədən məlumatları başqa qurğuda saxlamağı unutmaq lazım deyil, çünki bu prosedur smartfondakı məlumatları siləcək.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44072-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR