AMEA magistraturaya qəbul yerlərini 2 dəfə artırmaq üçün hökumətə müraciət edib

AMEA magistraturaya qəbul yerlərini 2 dəfə artırmaq üçün hökumətə müraciət edib
16:37 31 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası gələn il elmi müəssisələrində magistraturaya qəbul aparmaq üçün Nazirlər Kabinetinə 38 ixtisas üzrə 133 yer sifariş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti plan yerlərini təsdiq etdikdən sonra qəbul həyata keçiriləcək.

Ə.Sadıqov adətən dekabr ayına qədər siyahının təsdiq olunduğunu da söyləyib.

Akademiya rəsmisi keçən il AMEA-da 19 ixtisas üzrə magistraturaya qəbul aparıldığını da söyləyib.

Xatırladaq ki, 2015/2016-cı tədris ili üçün AMEA-nın magistraturasına 19, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR