Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. Fanat.Az xəbər verir ki, o, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub.
Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifid. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.(pfl.az)
mövsüm |
Premyer Liqa |
kubok |
Avrokubok |
2011/12 |
1 |
1 |
- |
2012/13 |
5 |
- |
- |
2013/14 |
4 |
- |
- |
2014/15 |
7 |
1 |
2 |
2015/16 |
3 |
2 |
- |
2016/17 |
2 |
- |
2 |
Cəmi |
22 |
4 |
4 |
Fanat.Az